Pezeşkian: Region ölkələri ABŞ-ın iştirakı olmadan təhlükəsizliyi təmin edə bilər
İran Prezidenti Məsud Pezeşkian region ölkələrinin ABŞ-ın hərbi iştirakı olmadan əməkdaşlıq yolu ilə təhlükəsizliyi təmin edə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Pezeşkian qonşu ölkələri regional təhlükəsizliyin qorunması üçün birgə fəaliyyət göstərməyə çağırıb. O, Vaşinqtonun hərbi mövcudluğuna ehtiyac olmadığını vurğulayaraq, region dövlətlərinin təhlükəsizlik məsələlərini öz aralarında əməkdaşlıq yolu ilə həll edə biləcəyini qeyd edib.
22:36 29.10.2026
Oxunuş sayı: 45