Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb
Misli Premyer Liqasında V tura start verilib.
Crossmedia.az xəbər verir ki, günün yeganə matçında "Neftçi" "İmişli"nin qonağı olub.
Yevlax şəhər stadionunda baş tutan qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 3:2.
Meydan sahiblərinin heyətində 29-cu dəqiqədə Bəxtiyar Həsənalızadə, 45+7-ci dəqiqədə isə penaltidən Azər Salahlı fərqlənib.
Bakı təmsilçisinin qollarına 12-ci dəqiqədə Freddi Varqas, 28-ci dəqiqədə Breno Almeyda, 80-ci dəqiqədə Qustavo Klisman imza atıblar.
Xallarının sayını 12-yə çatdıran "Neftçi" birinci pillədə qərarlaşıb. "İmişli" 4 xalla səkkizincidir.
Xatırladaq ki, turun digər oyunları 12, 13 və 14 sentyabrda olacaq.
18:56 11.09.2026
Oxunuş sayı: 41