SOFAZ Çin-ASEAN investisiya şurasının təsisçisi oldu
Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) Çin və ASEAN ölkələri arasında birgə investisiya əməkdaşlığının yaradılmasında iştirak edib.
Crossmedia.az "Euronews"a istinadən xəbər verir ki, SOFAZ Çinin Siamen şəhərində keçirilən Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi çərçivəsində beş Asiya suveren və pensiya investoru ilə birlikdə Çin-ASEAN Birgə İnvestisiyalar Şurasının yaradılmasına qoşulub.
Bununla da Azərbaycan Dövlət Neft Fondu əhalisi 2 milyard nəfərdən çox olan bazarda fəaliyyət göstərəcək yeni təşkilatın təsisçiləri sırasında yer alıb.
Şuranın digər təsisçiləri arasında Çin İnvestisiya Korporasiyası (CIC), Tailand Dövlət Pensiya Fondu və Malayziyanın “Khazanah Nasional” şirkəti də yer alır.
21:48 11.09.2026
Oxunuş sayı: 48