İran ABŞ-nin “MQ-9 Reaper” dronunu vurduğunu açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus “MQ-9 Reaper” pilotsuz uçuş aparatının vurulduğunu iddia edərək hadisənin görüntülərini yayıb.
Crossmedia.az xəbər verir ki, SEPAH bu barədə rəsmi açıqlama yayıb.
Məlumata əsasən, hadisə noyabrın 4-də səhər saatlarında Hörmüz boğazı ərazisində baş verib.
SEPAH-ın iddiasına görə, ABŞ-yə məxsus kəşfiyyat və zərbə təyinatlı “MQ-9 Reaper” pilotsuz uçuş aparatı yerli vaxtla saat 04:30-da hava hücumundan müdafiə sistemi vasitəsilə vurulub.
İran tərəfi əməliyyatın SEPAH-ın Aerokosmik Qüvvələri tərəfindən həyata keçirildiyini bildirib.
Yayımlanan görüntülərin ABŞ dronunun hədəfə alınması anını əks etdirdiyi iddia olunur.
SEPAH indiyədək vurduğu “MQ-9” tipli pilotsuz uçuş aparatlarının sayının 56-ya çatdığını açıqlayıb.
Qeyd edək ki, İranın dronun vurulması ilə bağlı iddiası müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
15:46 04.11.2026
Oxunuş sayı: 51