ABŞ Senatına ilk açıq gey kişi seçildi
Kris Pappas ABŞ Senatına seçilən ilk açıq gey kişi kimi tarixə düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat seçkilərin nəticələri ilə bağlı yayılan xəbərlərdə yer alıb.
Nyu-Hempşir ştatından seçkilərdə qələbə qazanan Pappas tərəfdarları qarşısında çıxış edərək ona dəstək verən hər kəsə təşəkkür edib. O, çıxışında həyat yoldaşı Benin dəstəyini xüsusi vurğulayıb.
Pappas bildirib ki, seçkilərin nəticəsindən asılı olmayaraq özünü dünyanın ən xoşbəxt insanı hesab edir. O, bunun səbəbini sevdiyi kişi ilə ailəli olması ilə əlaqələndirib.
Siyasətçi Nyu-Hempşir sakinlərinin maraqları naminə fəaliyyətini davam etdirəcəyini və ştatın inkişafı üçün mübarizə aparacağını deyib.
14:02 04.11.2026
Oxunuş sayı: 67