İrandan Azərbaycana keçmək istəyən 4 Əfqanıstan vətəndaşı saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd göstərən dörd Əfqanıstan vətəndaşı saxlanılıb.
Bu barədə Crossmedia.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində həmin şəxslər İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
13:26 04.11.2026
Oxunuş sayı: 81