Elon Mask məlumat mərkəzlərini kosmosda yerləşdirməyi təklif edib
Amerikalı milyarder Elon Mask məlumat mərkəzlərinin kosmosda yerləşdirilməsi ideyasının getdikcə daha cəlbedici olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, “Benzinga” nəşri bu barədə Maskın “X” sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat yayıb.
“Hazırda kosmosda məlumat mərkəzlərinin yaradılması kifayət qədər cəlbedici görünür”, – deyə milyarder qeyd edib.
Mask bu fikri ABŞ-də keçirilən aralıq seçkilərdən sonra səsləndirib.
Onun açıqlaması xüsusilə Texas ştatında yeni məlumat mərkəzlərinin tikintisinə mümkün məhdudiyyətlərlə bağlı müzakirələrin gücləndiyi dövrə təsadüf edib.
Məlumata görə, Texasda qubernator seçilən demokrat Cina Hinojosa elektrik enerjisi və su ehtiyatlarının qorunması üçün yeni məlumat mərkəzlərinin tikintisinə məhdudiyyətlərin tətbiqini dəstəkləyir.
Mask isə daha əvvəl süni intellekt sistemləri üçün hesablama infrastrukturunun kosmosda yerləşdirilməsi perspektivini gündəmə gətirib.
Bu yanaşma yerüstü məlumat mərkəzlərinin artan enerji tələbatına alternativ kimi nəzərdən keçirilir. Lakin belə layihələrin genişmiqyaslı həyata keçirilməsi texniki və iqtisadi çətinliklərlə bağlıdır.
13:50 04.11.2026
Oxunuş sayı: 59