Azərbaycanda doğum müavinəti rekord həddə çatacaq
Azərbaycanda 2027-ci ildən uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətin məbləğinin 600 manatdan 1500 manata çatdırılması nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində məlumat verilib.
Layihəyə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinətin məbləği 900 manat artırılacaq.
Beləliklə, müavinətin məbləğinin hazırkı göstərici ilə müqayisədə 2,5 dəfə artırılması planlaşdırılır.
Qeyd edək ki, 2026-cı ildə uşağın anadan olmasına görə birdəfəlik müavinət 600 manat təşkil edir. Bu ödəniş Dövlət Sosial Müdafiə Fondu tərəfindən proaktiv qaydada, yəni vətəndaşların ayrıca müraciəti olmadan təyin olunur.
Yeni məbləğ hələlik qanun layihəsində nəzərdə tutulub və təsdiqləndikdən sonra tətbiq ediləcək.
12:54 04.11.2026
Oxunuş sayı: 75