Silahlı Qüvvələrin gücləndirilməsi üçün 4 milyard manat ayrılacaq
Gələn il xüsusi müdafiə təyinatlı layihələrə 4 milyard manat məbləğində vəsait yönəldiləcək.
Crossmedia.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsinin əsaslı xərclərindən qarşıda duran vəzifələrə və bağlanılmış müqavilələrə uyğun olaraq xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərin maliyyə təminatı üçün 4000,0 milyon manat məbləğində vəsait yönəldiləcək.
11:05 04.11.2026
Oxunuş sayı: 61