“Sabah” bu gecə “Vikinq”lə üz-üzə gələcək
Azərbaycanın “Sabah” klubu bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu keçirəcək.
Crossmedia.az xəbər verir ki, “Sabah” Norveç səfərində “Vikinq” klubunun qonağı olacaq.
Qarşılaşma Stavanger şəhərindəki “Lyse Arena” stadionunda keçiriləcək. Matç noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Görüşü niderlandlı hakim Sander van der Eyk idarə edəcək.
“Sabah” Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi üç oyunda 3 xal toplayıb. Azərbaycan təmsilçisi İngiltərənin “Mançester Yunayted” (0:4) və Almaniyanın “Borussiya Dortmund” (1:2) klublarına məğlub olub, Çexiyanın “Slaviya Praqa” komandasını isə 2:0 hesabı ilə məğlub edib.
“Vikinq” isə üç oyundan sonra 1 xala malikdir. Norveç təmsilçisi “Aston Villa” və “Ştutqart”a 1:3 hesabı ilə uduzub, “Bavariya” ilə 3:3 hesablı heç-heçə edib.
Qeyd edək ki, bu, iki klub arasında ilk rəsmi qarşılaşma olacaq.
10:22 04.11.2026
Oxunuş sayı: 85