Sürücülərə çağırış: Qış gəlməmiş salon filtrini yoxlayın
Avtomobilin qış aylarında lazımi səviyyədə isinməsi üçün sürücülərə salon filtrini yoxlamaq və zərurət olduqda yenisi ilə əvəzləmək tövsiyə olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə avtomobil mütəxəssisi Dmitri Popov RT-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, avtomobilin salonuna daxil olan hava, o cümlədən isitmə sistemindən gələn isti hava salon filtrindən keçir. Yay ərzində filtrdə toz və digər çirkləndiricilər toplandığı üçün soyuq havalarda hava axını zəifləyə bilər.
Mütəxəssis qeyd edib ki, filtr tutulduqda isitmə sistemi ən yüksək gücdə işlədilsə belə, salona kifayət qədər isti hava daxil olmaya bilər. Buna görə də soyuq mövsüm başlamazdan əvvəl filtrin vəziyyətini yoxlamaq vacibdir.
08:33 04.11.2026
Oxunuş sayı: 59