ABŞ İrana hücuma hazırlaşır
ABŞ ordusu İrana qarşı yeni hərbi əməliyyata hazırlaşır. Mümkün hücumun noyabrın 4-də həyata keçirilə biləcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “The New York Times” qəzeti amerikalı mənbələrə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, ABŞ və İsrail hərbi qüvvələri İrana qarşı yeni zərbələrin endirilməsi üçün hazırlıqları gücləndiriblər.
Hərbi əməliyyatın noyabrın 3-də keçirilən ABŞ Konqresinə aralıq seçkilərdən dərhal sonra başlanması ehtimalı nəzərdən keçirilir.
Mümkün hədəflər arasında İranın nüvə obyektləri, enerji infrastrukturu, raket və pilotsuz uçuş aparatları ilə bağlı hərbi obyektləri göstərilir.
Bununla belə, hücumla bağlı yekun qərar ABŞ Prezidenti Donald Tramp tərəfindən verilməlidir. Hazırda belə bir qərarın qəbul edildiyi rəsmən təsdiqlənməyib.
Ağ Ev daha əvvəl mümkün hərbi əməliyyat planları barədə şərh verməkdən imtina edib.
09:27 04.11.2026
Oxunuş sayı: 78