Bloqerin toyu faciəyə çevrildi – 2 ölü, 20 yaralı
Pakistanda məşhur bloqerin toy mərasimində keçirilən hədiyyə tirajı zamanı yaranan izdiham nəticəsində 2 nəfər həyatını itirib, 18 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Pakistanın “Dawn” qəzeti yerli polisə istinadən bu barədə məlumat yayıb.
Hadisə Sialkot şəhərində “Mr Pattlo” ləqəbi ilə tanınan bloqer Anser Mahmudun toyqabağı məhndi mərasimi zamanı baş verib.
Bloqer sosial şəbəkələr vasitəsilə hər kəsi mərasimə dəvət edərək iştirakçılar arasında böyük məbləğdə pul, avtomobil, 50 motosiklet, smartfon və digər qiymətli hədiyyələrin oynanılacağını vəd edib.
Məlumata görə, hədiyyələr arasında 20 milyon Pakistan rupisi məbləğində pul mükafatı da nəzərdə tutulub.
Tədbirin keçirildiyi stadiona yüzlərlə insan toplaşıb. Giriş qapıları açıldıqdan sonra iştirakçıların eyni vaxtda içəri daxil olmağa çalışması izdihama səbəb olub.
Nəticədə insanlar bir-birini itələyib, bəziləri yerə yıxılaraq kütlənin altında qalıb.
Polisin məlumatına əsasən, hadisə nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb.
Faktla bağlı cinayət işi başlanıb, tədbirin təşkilində iştirak edən 6 nəfər saxlanılıb. Polis hədiyyə tirajı üçün nəzərdə tutulan 50 motosikleti və bir avtomobili müsadirə edib.
Noyabrın 3-də İslamabad Ali Məhkəməsi bloqerə noyabrın 10-dək qüvvədə olan müvəqqəti qoruyucu girov qərarı verib.
09:52 04.11.2026
Oxunuş sayı: 58