Demokratlar ABŞ Senatında çoxluğu ələ keçiriblər
ABŞ-də noyabrın 3-də keçirilən Konqresə aralıq seçkilərdə Demokratlar Partiyası Senatda çoxluğu təmin edib.
Crossmedia.az xəbər verir ki, “Associated Press” (AP) agentliyi seçkilərin ilkin nəticələrinə əsasən bu barədə məlumat yayıb.
Məlumata görə, demokratlar Senatda ən azı 51 mandat qazanaraq Konqresin yuxarı palatasına nəzarəti ələ keçiriblər.
Beləliklə, Respublikaçılar Partiyası Senatdakı çoxluğunu itirib.
Demokratlar Şimali Karolina, Cənubi Karolina, Ohayo, Kanzas, Texas və Ayova ştatlarında respublikaçıların nəzarətində olan Senat yerlərini qazanaraq mövqelərini gücləndiriblər.
Qeyd edək ki, ABŞ Senatı 100 üzvdən ibarətdir və palatada çoxluq əldə etmək üçün ən azı 51 mandat tələb olunur.
Seçkilərin yekun rəsmi nəticələrinin müəyyənləşdirilməsi prosesi davam edir.
10:56 04.11.2026
Oxunuş sayı: 58