Ermənistanda Karapetyanların evlərində yenidən axtarış aparılır
Ermənistanda müxalif “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyanın və onun qardaşı oğlu, parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarış aparılır.
Crossmedia.az xəbər verir ki, Ermənistanın “NEWS.am” nəşri bu barədə partiyanın mətbuat katibi Aqavni Sukiasyana istinadən məlumat yayıb.
Bildirilib ki, noyabrın 4-də səhər saatlarından Ermənistan İstintaq Komitəsinin əməkdaşları Karapetyanların yaşadıqları ünvanlarda istintaq hərəkətlərinə başlayıblar.
Axtarışlar ailə üzvləri ilə əlaqəli digər ünvanlarda da həyata keçirilir.
Ermənistan İstintaq Komitəsi cinayət işi çərçivəsində ümumilikdə 65 ünvanda axtarış aparıldığını təsdiqləyib.
Qeyd edək ki, Samvel Karapetyan 2025-ci il iyunun 17-də Erməni Apostol Kilsəsini müdafiə edən açıqlamasından sonra hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb.
O, hakimiyyəti ələ keçirməyə açıq çağırış etməkdə ittiham olunaraq həbs edilib. 2026-cı il yanvarın 19-dan isə ev dustaqlığındadır.
Samvel Karapetyanın cinayət işinə Korrupsiyaya qarşı Mübarizə Məhkəməsində baxılır.
11:17 04.11.2026
Oxunuş sayı: 62