Lukaşenko: Avropa məni və Putini cəzalandırmaq istəyir
Belarus Prezidenti Aleksandr Lukaşenko bəzi Avropa siyasətçilərinin onu və Rusiya Prezidenti Vladimir Putini cəzalandırmağa çalışdıqlarını bildirib.
Crossmedia.az xəbər verir ki, Belarusun “BELTA” agentliyi bu barədə dövlət başçısının Minskdə keçirilən IV Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransındakı çıxışına istinadən məlumat yayıb.
Lukaşenko bəzi Avropa siyasətçilərini hərbi qarşıdurma riskini artırmaqda ittiham edib.
“Onlar məni və Putini cəzalandırmaq istəyirlər. Bəs bu, onların dövlətlərinə və xalqlarına nə verəcək?” – deyə Belarus Prezidenti bildirib.
Onun sözlərinə görə, Avropada bəzi siyasi qüvvələr daxili problemlərdən diqqəti yayındırmaq üçün hərbi gərginlikdən istifadə etməyə çalışırlar.
Lukaşenko həmçinin ABŞ Prezidenti Donald Trampın fəaliyyətinə toxunaraq onun dünyada daha genişmiqyaslı hərbi qarşıdurmanın qarşısının alınmasında rol oynadığını iddia edib.
Belarus lideri Avropa ölkələrini qarşıdurma siyasətindən uzaqlaşmağa və təhlükəsizlik məsələlərini dialoq yolu ilə həll etməyə çağırıb.
12:15 04.11.2026
Oxunuş sayı: 56