Abramoviçin “Çelsi” satışından əldə etdiyi vəsait 175 milyon funt gəlir gətirib
Rusiyalı milyarderin “Çelsi” futbol klubunun satışından əldə etdiyi vəsait Böyük Britaniyadakı bank hesabında saxlanıldığı müddətdə ən azı 175 milyon funt sterlinq faiz gəliri əldə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Nəşrin məlumatına görə, Roman Abramoviçin “Çelsi” klubuna sahib olduğu “Fordstam” şirkətinin maliyyə hesabatları satışdan əldə olunan vəsaitin artdığını göstərir.
Vəsait hazırda Böyük Britaniyada dondurulmuş vəziyyətdə saxlanılır. Pulun necə istifadə olunması ilə bağlı mübahisələr davam edir. Bununla yanaşı, məsələ ilə əlaqədar ayrıca cinayət araşdırmasının aparıldığı bildirilir.
22:04 11.09.2026
Oxunuş sayı: 44