Azərbaycanda bitki və heyvan sağlamlığına dair yeni qanun layihələri hazırlanacaq
Azərbaycanda "Bitki sağlamlığı haqqında" və "Heyvan sağlamlığı haqqında" yeni qanun layihələri hazırlanacaq.
Crossmedia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, layihələrin hazırlanması Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi, Kənd Təsərrüfatı Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, həmçinin Elm və Təhsil nazirliklərinə həvalə edilib.
14:37 10.09.2026
Oxunuş sayı: 34