Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Azərbaycan və UNESCO arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Bu gün UNESCO-nun Baş direktorunun müavini xanım Asa Reqnerlə görüşmək və UNESCO-nun missiyasının daha da irəlilədilməsi, eləcə də gələcək illərdə Azərbaycan və UNESCO arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaq imkanını çox yüksək qiymətləndirdim", - o yazıb.
21:57 11.09.2026
Oxunuş sayı: 49