Prezidentin köməkçisi və diplomatik korpusun nümayəndələri Şuşada birgə foto çəkdiriblər
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər.
Crossmedia.az xəbər verir ki, nümayəndə heyəti Şuşa qalasının ərazisini gəzib və tarixi abidə ilə tanış olublar.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən, ümumilikdə 150 nəfərdən ibarət heyət iştirak edir.
20:19 11.09.2026
Oxunuş sayı: 50