Benyamin Netanyahu Trampa Yeni il təbriki göndərib
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı, ailəsini və Amerika xalqını yəhudi Yeni ili münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu bu barədə paylaşımında məlumat verib.
Netanyahu bildirib ki, ötən il ABŞ və İsrail birlikdə tarixi irəliləyiş əldə edib. Onun sözlərinə görə, İran və onun yaratdığı "şər oxu" əvvəlkindən daha zəif, ABŞ-İsrail ittifaqı isə daha güclüdür.
İsrailin baş naziri Trampı İrana qarşı blokada və iqtisadi təzyiq siyasətinə görə təbrik edib.
"İsrail xalqı terror qüvvələri ilə mübarizədə ABŞ xalqını və Prezident Trampı dəstəkləyir", - Netanyahu bildirib.
O əlavə edib ki, qarşıdakı ildə dünyanın hər kəs üçün daha təhlükəsiz olması istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.
20:25 11.09.2026
Oxunuş sayı: 48