İngiltərə və Uelsdə evtanaziyanın leqallaşdırılması rədd edildi
İngiltərə və Uelsdə yardımçı ölümün (assisted dying) leqallaşdırılmasını nəzərdə tutan qanun layihəsi Böyük Britaniya parlamentinin İcmalar Palatasında rədd edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qanun layihəsi daha əvvəl iki dəfə deputatların dəstəyini qazansa da, son səsvermədə 286 deputat onun əleyhinə çıxıb, yalnız 270 deputat dəstəkləyib.
BBC qeyd edir ki, əvvəlki səsvermə ilə müqayisədə qanun layihəsinə dəstək azalıb. İyun ayında keçirilən səsvermədə 315 deputat leqallaşdırmanın lehinə, 291 deputat isə əleyhinə səs vermişdi.
Beləliklə, İngiltərə və Uelsdə yardımçı ölümün qanuniləşdirilməsi ilə bağlı hazırkı təşəbbüs də nəticəsiz başa çatıb.
22:44 11.09.2026
Oxunuş sayı: 51