Kreml Putin və Trampla bağlı üçtərəfli görüş gözləyir
Kreml Rusiya, ABŞ və Ukraynanın yaxın perspektivdə üçtərəfli formatda bir araya gələrək danışıqları davam etdirəcəyinə ümid edir.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə məlumat verib.
Peskov bildirib ki, Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların aparılması üçün heç kim Rusiya qarşısında şərt qoymur və Moskva dialoqa açıq mövqeyini qoruyur.
Onun sözlərinə görə, Putinlə Tramp arasında görüş planlaşdırılacağı təqdirdə, onun keçirilməsinə mane olmaq mümkün olmayacaq.
Peskov qeyd edib ki, hazırda Putin və Trampın görüşü ilə bağlı konkret razılaşma yoxdur, lakin zamanla belə razılaşmanın əldə ediləcəyinə ümid edilir.
20:31 11.09.2026
Oxunuş sayı: 45