Cəbhəyə səfər və nadir razılaşma: Ukrayna ilə Rusiya 500 əsiri dəyişdi
Ukrayna prezidenti Volodimir Zelenski şərq cəbhəsinə səfər edib, cəbhə xəttində yerləşən hərbçiləri ziyarət edib.
Crossmedia.az xəbər verir ki, "France 24" bu barədə məlumat yayıb.
Bu səfər Kiyev və Moskvanın iki gün davam edən hərbi əsir mübadiləsini tamamlaması ilə eyni vaxta təsadüf edib.
Mübadilə zamanı hər iki tərəfdən 500 əsgər dəyişdirilib.
Bu addım müharibəni dayandırmağa yönəlmiş davam edən diplomatik danışıqların nadir konkret nəticələrindən biri hesab olunur.
Fidan Bayramova
11:00 07.03.2026
Oxunuş sayı: 576