İranın cənubunda zəlzələ baş verib
Bu gün yerli vaxtla 06:48-də İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər Xəmir şəhəri ətrafında 4,3 bal gücündə zəzlələ baş verib.
Crossmedia.az-ın məlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 15 km dərinlikdə yeraltı təkanların episentri Laft şəhərinin 11 kilometrliyi və Dərgəhan şəhərinin 41 kilometrliyi olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
09:52 07.03.2026
Oxunuş sayı: 366