İranda idman zalına hücum: 20 nəfər həlak olub - YENİLƏNİB
Crossmedia.az xəbər verir ki, bu barədə SNN telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, Lamərd şəhərinin daxil olduğu Fars vilayəti ərazisinə ümumilikdə dörd raket düşüb. Hadisə nəticəsində təxminən 100 nəfərin yaralandığı bildirilir.
21:11
İranın Fars əyalətinin Lamerd rayonunda bir idman zalına İsrail-ABŞ hücumu nəticəsində ən azı 15 nəfərin həyatını itirib.
Crossmedia.az İran mediasına istinadən xəbər verir ki, bu barədə rayonun icra başçısı Əli Əlizadə İsrail bildirib.
Onun sözlərinə görə ölənlərin sayının arta biləcəyi istisna olunmur.
Rəsmi şəxs hücum zamanı yaralananların da çox olduğunu bildirib.
Bundan əlavə, İran televiziyası Qum, Bəndər-Abbas, Əlborz və Urmiya şəhərlərindən də partlayış səslərinin eşidildiyini açıqlayıb.
23:03 28.02.2026
Oxunuş sayı: 491