225 milyon izlənmə toplayan musiqi kollektivi Türkiyədə çıxış edəcək
Rəqəmsal platformalarda 225 milyondan çox izlənmə sayına çatan musiqi kollektivi beynəlxalq mükafatlı fələstinli vokalist Nai Barghouti ilə birlikdə Ankara və İstanbulda səhnəyə çıxacaq.
Crossmedia.az xəbər verir ki, 2009-cu ildə dirijor və multi-instrumentalist Michael Ibrahim tərəfindən yaradılan kollektiv hazırda müxtəlif mədəniyyətlərdən sənətçiləri bir araya gətirən böyük simfonik orkestr kimi fəaliyyət göstərir.
Şərqin zəngin musiqi irsini Qərbin çoxsəsli orkestr ənənəsi ilə birləşdirən kollektiv konsertlərində fərqli musiqi mədəniyyətləri arasında körpü yaradır.
Konsertin solisti Nai Barghouti ənənəvi “Tarab” üslubunu caz texnikaları ilə birləşdirərək klassik Şərq melodiyalarına müasir nəfəs qatacaq.
Turne sentyabrın 26-da Ankara şəhərindəki CSO Ada Ankara Ziraat Bankı Əsas Salonunda başlayacaq. Daha sonra kollektiv sentyabrın 27-28-də saat 20:30-da İstanbulda Atatürk Mədəniyyət Mərkəzinin (AKM) Türk Telekom Opera Salonunda çıxış edəcək.
Konsertlərin biletlərini Biletinial platformasından, AKM-nin internet saytından və kassalarından əldə etmək mümkündür.
00:34 12.09.2026
Oxunuş sayı: 28