İsrail ordusu Qəzzada yaşayış məntəqəsinə PUA ilə zərbə endirib
İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində mülki yaşayış məntəqəsinə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Bildirilib ki, Xan Yunisin əl-Məvasi bölgəsində köçkünlərin məskunlaşdığı Əs-Sumud düşərgəsinə endirilən zərbə nəticəsində ilkin məlumata görə, 1 nəfər ölüb, aralarında uşaqların da olduğu 9 nəfər yaralanıb.
İsrail ordusunun Xan Yunisin bir sıra digər ərazilərini də artilleriya atəşinə tutduğu qeyd olunub.
Bundan əlavə, İsrail ordusunun ötən gün Qəzza şəhərinin Dərəc məhəlləsinə endirdiyi zərbə nəticəsində yaralanan bir fələstinlinin də öldüyü bildirilib.
Qeyd edək ki, Qəzza zolağında atəşkəs razılaşmasının ilk mərhələsi 10 oktyabr 2025-ci ildə qüvvəyə minib. Razılaşma əsir mübadiləsi və humanitar yardımların artırılmasını nəzərdə tutsa da, İsrailin hücumları və yardımların bölgəyə girişinə tətbiq etdiyi məhdudiyyətlər davam edir.
Qəzza Səhiyyə Nazirliyinin son məlumatına görə, atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən etibarən İsrail ordusunun hücumları nəticəsində 1 359 nəfər həyatını itirib, 4 571 nəfər yaralanıb.
00:50 12.09.2026
Oxunuş sayı: 29