Xameneinin yaxın dəqiqələrdə ictimaiyyətə müraciət edəcəyi gözlənilir
İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneinin yaxın dəqiqələrdə ictimaiyyətə müraciət edəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Al-Alam TV məlumat yayıb.
Xatırladaq ki, bu gün İsrailin hava hücumları fonunda Xameneinin taleyi ilə bağlı müxtəlif iddialar səsləndirilib və onun həlak olması ehtimalı irəli sürülüb.
Lakin İranın xarici işlər naziri Abbas Əraqçi NBC News-a açıqlamasında həm Ayətullah Əli Xameneinin, həm də İran Prezidenti Məsud Pezeşkianın sağ olduğunu bildirib.
19:26 28.02.2026
Oxunuş sayı: 482