BMT-də İranla bağlı təcili iclas çağırılıb
BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdə artan gərginlik fonunda İranla bağlı təcili iclas çağırıb.
Crossmedia.az xəbər verir ki, Şuranın 10112-ci iclası 28 fevral 2026-cı il tarixində Bakı vaxtı ilə saat 01:00-da Nyu-Yorkda keçiriləcək.
İclasın regionda son hərbi eskalasiya və İran ətrafında yaranmış təhlükəsizlik vəziyyətinə həsr olunacağı gözlənilir.
Şura üzvlərinin mövcud vəziyyəti qiymətləndirəcəyi və mümkün diplomatik addımları nəzərdən keçirəcəyi bildirilir.(Report)
19:06 28.02.2026
Oxunuş sayı: 565