İranda dövlət televiziya və rəsmi radio yayımının yerləşdiyi binaya zərbə endirildiyi bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, hücum nəticəsində binaya ziyan dəyib. Hadisənin detalları və mümkün itkilərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Aidiyyəti qurumların məsələ ilə bağlı araşdırma apardığı qeyd olunur.