İsrail Xameneyinin iqamətgahını vurdu – Peyk görüntüləri ortaya çıxdı
Bu gün İsrailin İran ərazisinə endirdiyi zərbələr fonunda yayılan ilk peyk görüntüləri Tehranda yerləşən və İranın ali dini lideri Əli Xameneyi-nin rəsmi iqamətgahı kimi tanınan kompleksdə bir neçə binanın dağıldığını göstərir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, paytaxtın mərkəzi hissəsində yerləşən və güclü təhlükəsizlik tədbirləri ilə qorunan kompleksdə partlayışdan sonra ciddi struktur zədələnmələri müşahidə olunub.
Hələlik İran rəsmiləri tərəfindən obyektin hansı hissələrinin zərər gördüyünə və mümkün itkilərə dair rəsmi açıqlama verilməyib.
16:35 28.02.2026
Oxunuş sayı: 693