İran ABŞ və İsrail hücumları fonunda region ölkələri ilə təcili danışıqlar apardı
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin İrana hücumlarından sonra Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Bəhreyn, İraq və Pakistanın xarici işlər nazirləri ilə telefon danışıqları aparıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əraqçi hücumları BMT Nizamnaməsinin kobud şəkildə pozulması adlandırıb və İranın özünümüdafiə hüququndan istifadə edəcəyini bildirib. Danışıqlarda bir neçə ölkə hücumları pisləyib və onların dərhal dayandırılmasını tələb edib.
Bu barədə məlumat İran Xarici İşlər Nazirliyi tərəfindən yayımlanıb.
16:08 28.02.2026
Oxunuş sayı: 631