İsrail İran vətəndaşlarına ÇAĞIRIŞ ETDİ
Bu gün İsrail ordusunun farsdilli sözçüsü Kamal Pəncasi İran boyunca hərbi sənaye fabrikləri və hərbi infrastrukturların yaxınlığında olan bütün insanlara təcili xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Pəncasi bildirib ki, təhlükəli silah və qurğuların yaxınlığında olmaq həyat üçün ciddi risk yaradır: “Əziz vətəndaşlar, təhlükəsizliyiniz və sağlamlığınız üçün dərhal bu yerləri tərk edin və növbəti xəbərdarlığa qədər bu ərazilərdən kənarda qalın.”
15:42 28.02.2026
Oxunuş sayı: 618