İranda məktəb və universitetlər BAĞLANIB
İranın Ali Milli Təhlükəsizlik Şurası açıqlama verərək bildirib ki, düşmən İran xalqının səbrini yanlış qiymətləndirir və xırda tələblərinə təslim olacağını düşünür.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran İslam Respublikası Silahlı Qüvvələri düşmənçilik hərəkətlərinə qətiyyətlə cavab verməyə başlayıb və xalqı məlumatlandıracaq. Hökumət əhalinin zəruri mallarla təmin olunması üçün artıq lazımi tədbirləri görüb, buna görə narahatlığa əsas yoxdur.
Qeyd olunur ki, məktəb və universitetlər növbəti xəbərdarlığa qədər bağlı qalacaq. Banklar vətəndaşlara xidmət göstərməyə davam edəcək, dövlət qurumları isə müvəqqəti olaraq 50% tutumla fəaliyyət göstərəcək.
15:13 28.02.2026
Oxunuş sayı: 612