İranın Daxili İşlər Nazirliyi ölkə əhalisinə müraciət edərək bildirib ki, cinayətkar düşmən bir daha ölkəyə qarşı təcavüz edib və beynəlxalq qanunları pozub.
Crossmedia.az bu barədə "Tasnim"ə istinadən xəbər verir.
Nazirlik cəmiyyətdə asayişi qorumaq və əhaliyə yardım göstərmək üçün bütün mövcud vasitələrdən istifadə edəcəyini açıqlayıb.
Daxili İşlər Naziri əyalət qubernatorlarına əvvəlki təlimatları xatırladaraq, əyalətlərin vəziyyəti barədə hesabatların tez alınmasını və əhalinin təcili ehtiyaclarını qarşılamaq üçün bütün resursların səfərbər edilməsini əmr edib.
Milli böhran idarəetmə qərargahı yaradılıb və əyalət böhran idarəetmə şöbələrinə bütün lazımi təlimatlar göndərilib. Nazirlik əhalini sakit olmağa, mövcud vəziyyətə uyğun hərəkət etməyə və şəhərlər arasında səyahət edərkən diqqətli olmağa çağırır.
İranın Xarici İşlər Nazirliyi isə əhaliyə yalnız rəsmi mənbələrdən – milli televiziya və radiodan məlumat almağı və şayiələr yaymaqdan çəkinməyi tövsiyə edib.