Avtomobil təqibi və dayandırmaq qadağan edildi – ciddi cəzalar tətbiq olunur
Türkiyədə başqa bir avtomobili hücum məqsədilə təqib etmək və bu məqsədlə avtomobili dayandırıb maşından düşmək qadağan edilib.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, qanun pozuntusuna görə tətbiq olunan cəzalar aşağıdakılardır:
-
180.000 TL inzibati cərimə,
-
Sürücülük vəsiqəsinə 60 günlik həbs qoyulması,
-
Avtomobilin 60 gün müddətinə trafikten çıxarılması,
-
Əgər bu hərəkət 5 il ərzində təkrar olunarsa, sürücülük vəsiqəsinin ləğvi,
-
Hərəkət cinayət törədirsə, ayrıca məhkəmə prosesi aparılacaq.
Bu qərar vətəndaşların təhlükəsizliyinin təmin olunması və avtomobil təqiblərinin qarşısının alınması məqsədilə qəbul edilib.
00:25 01.03.2026
Oxunuş sayı: 502