Trampdan İranla bağlı açıqlama gəldi
ABŞ İrana qarşı genişmiqyaslı əməliyyata başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp açıqlama verib.
Tramp bildirib ki, ABŞ-nin məqsədi İran rejiminin yaratdığı təhdidləri aradan qaldırmaqla Amerika xalqını qorumaqdır.
O deyib: “İran dünyanın ən böyük terrorizm sponsorudur. Onların heç vaxt nüvə silahı olmayacaq. Yenə də deyirəm: onların heç vaxt nüvə silahı olmayacaq.” Tramp bəyan etdi ki, ABŞ İranın raket sənayesini yerlə-yeksan edəcək.
Tramp İran xalqını hökuməti devirməyə çağırdı: “Bu, nəsillər boyu sizin yeganə şansınız ola bilər”
11:52 28.02.2026
Oxunuş sayı: 524