İran hava məkanını bağladı - ABŞ isə səfirlik əməkdaşlarını köçürür
İran bütün hava məkanını bağladığını elan edib. Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Qərara əsasən, ölkə ərazisində mülki və digər uçuşlara müvəqqəti məhdudiyyət tətbiq olunur.
Eyni zamanda, Qətərdəki ABŞ səfirliyi əməkdaşlarına təhlükəsiz ərazilərə sığınmaq barədə göstəriş verib.
Məlumatlara görə, İsrail və ABŞ-nin birgə əməliyyatı “Yəhuda Qalxanı” adlanır. Əməliyyat çərçivəsində İranın nüvə mərkəzlərindən birinin yerləşdiyi İsfahan şəhərində partlayışların baş verdiyi bildirilir.
Bundan başqa, Mossadın rəsmi farsdilli “Telegram” kanalı iranlılara müraciət edərək onları İranı şanlı günlərinə qaytarmağa kömək etməyə çağırıb.
Agentlik iranlıların tək olmadığını qeyd edib və rejimə qarşı mübarizələrinin foto və videolarını paylaşmağa səsləyib.
11:13 28.02.2026
Oxunuş sayı: 718