Avropa komissarı :Ukrayna Aİ-nin etimadını bərpa edə bilmir
Avropa İttifaqının Genişlənmə üzrə Komissarı Marta Kos Ukraynada korrupsiya məsələsinə münasibət bildirib. Onun sözlərinə görə, Ukrayna Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğunu ləğv etməyə cəhd Aİ-nin ölkəyə etimadını bərpa etməsinə imkan verməyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Kos əlavə edib ki, bu addım korrupsiyaya qarşı mübarizəyə ciddi zərbə vurub və Avropa İttifaqı ilə münasibətlərdə etimadın yenidən qurulmasını çətinləşdirir.
10:25 28.02.2026
Oxunuş sayı: 544