Kim Çen In snayper tüfənglərini hərbi komandirlərə təqdim etdi
Şimali Koreya lideri Kim Çen In Mərkəzi Hərbi Komissiyanın üzvləri və əsas hərbi bölmələrin komandirlərinə snayper tüfənglərini təqdim edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, tədbir zamanı Kim Çen In silahların hərbi qüvvələrin hazırlıq səviyyəsini artırmaq məqsədilə verildiyini bildirib. Komissiya üzvləri və bölmə komandirləri hədiyyələri qəbul edərək, ölkənin hərbi gücünün gücləndirilməsinə sadiqliklərini təsdiqləyiblər.
10:01 28.02.2026
Oxunuş sayı: 657