Zelenski: Putinlə oyun oynamıram, görüşə hazıram
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putin ilə mümkün görüş barədə danışıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. O bildirib ki, dialoqa və birbaşa söhbətə hazırdır, lakin görüşün Rusiya və ya Belarus ərazisində keçirilməsini qəbul etmir.
Zelenskinin sözlərinə görə, Rusiya və Belarus bu müharibədə müttəfiqdirlər. O, Belarusu “passiv təcavüzkar” adlandıraraq qeyd edib ki, Ukraynaya Belarus ərazisindən hücumlar həyata keçirilib.
Ukrayna lideri vurğulayıb ki, o, Putinlə “oyun oynamır” və məqsədi real danışıqlar yolu ilə müharibəyə son qoymaqdır.
09:23 28.02.2026
Oxunuş sayı: 582