Bu ölkənin baş naziri Zelenskinin müşaviri olacaq
Böyük Britaniyanın keçmiş Baş naziri Rişi Sunak Ukrayna prezidenti Volodimir Zelenskinin iqtisadi müşaviri olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.
Sunakın Zelenskinin işini dəstəkləmək üçün yaradılan Ukraynanın İqtisadi Bərpası üzrə Beynəlxalq Məsləhət Şurasında ödənişsiz vəzifə tutduğu bildirilir.
Britaniyalı siyasətçi Ukraynanın müharibədə qalib gəlməsi üçün güclü iqtisadiyyata ehtiyacı olduğunu bildirib və Ukrayna xalqının liderliyini tərifləyib.
22:23 27.02.2026
Oxunuş sayı: 643