Əfqanıstana qarşı nüvə silahından istifadə edilməyəcək
İslamabad heç vaxt Əfqanıstana qarşı nüvə silahından istifadə etməyəcək.
Crossmedia.az xəbər verir ki, bunu Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi deyib.
O bildirib ki, buna baxmayaraq, Pakistan Əfqanıstan tərəfinin zərbələrinə cavab olaraq hərbi əməliyyatı davam etdirir.
Diplomatın sözlərinə görə, İslamabad münaqişənin tezliklə başa çatacağına və geniş regional müharibəyə çevrilməyəcəyinə ümid edir.
20:55 27.02.2026
Oxunuş sayı: 586