Pakistan-Taliban gərginliyi artır: Hərbi baza hədəfə alındı
Pakistan Hərbi Hava Qüvvələri Kabil şəhərində Taliban hədəflərinə qarşı hava zərbələri endirib.
Crossmedia.az xarici KİV-ə isinadən xəbər verir.
Məlumata görə, əməliyyat son günlər artan sərhəd gərginliyi fonunda həyata keçirilib.
Bunun ardınca Əfqanıstan–Pakistan sərhədində döyüşlər yenidən başlayıb.
Bildirilir ki, Nouşera şəhəri yaxınlığında yerləşən Pakistan hərbi bazası da zərbəyə məruz qalıb.
Taliban yaydığı bəyanatda Pakistanın hərbi gücünə işarə edərək sərt açıqlama verib. Qruplaşma əyan edib ki, qarşı tərəfin raket və nüvə imkanları olsa da, onların da özünü fəda edən döyüşçülərdən ibarət taboru var.
18:37 27.02.2026
Oxunuş sayı: 574