Rusiya Duması ekstradisiya qadağasını təsdiqlədi
Rusiya Dövlət Duması müqavilə əsasında Rusiya ordusunda xidmət etmiş əcnəbilərin ekstradisiyasını qadağan edən qanunu qəbul edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Qanuna əsasən, Rusiya rəsmilərinə bu əcnəbilərin Rusiyada müvəqqəti qalma müddətini qısaltmaq, yaşayış icazələrini rədd etmək və ya ləğv etmək, onların ölkəyə girişini qadağan etmək və ya qalmalarını arzuolunmaz elan etmək qadağan olunacaq.
22:19 26.02.2026
Oxunuş sayı: 480