Ermənistan–Gürcüstan sərhədində gərginlik?
Ermənistan Kobi gömrük terminalında ölkədən gələn yük maşınlarının saxlanılması ilə bağlı Gürcüstandan rəsmi izahat gözləyir.
Crossmedia.az erməni KİV-ə istinadən xəbər verir.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sözlərinə görə, saxlanılmaların səbəbi hələ də məlum deyil.
Gürcüstan isə bildirib ki, maliyyə polisi tərəfindən müəyyən risklər aşkarlanıb. Lakin sözügedən risklərin və mümkün pozuntuların detalları hələlik açıqlanmayıb.
21:41 26.02.2026
Oxunuş sayı: 597