Tehran–Haaqa arasında diplomatik gərginlik
Hollandiyanın Tehrandakı səfiri Emiel de Bont İran Xarici İşlər Nazirliyinə çağırılıb
Crossmedia.az xəbər verir ki, bu barədə iran kiv məlumat yayıb.
İran hollandiyalı olan diplomatın ölkəyə gizli şəkildə qadağan olunmuş əşyaları qaçaqmalçılıq yolu ilə gətirmək cəhdi ilə bağlı Hollandiyaya etiraz notası göndərib.
Bildirilib ki, Hollandiyanın Tehrandakı səfiri Emiel de Bont İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüş zamanı səfirə hollandiyalı diplomata məxsus saxlanılan yükün İran qanunlarına əsasən idxalı və istifadəsi qadağan edildiyi bildirilib. Yük Vyana Konvensiyasının müddəalarına uyğun olaraq müsadirə edilib.
Hollandiya səfiri İranın etirazını dərhal hökumətinə çatdıracağını bildirib.
21:32 26.02.2026
Oxunuş sayı: 554