Rusiya sərhədçiləri çıxarıldı?- Ermənistan hökumətindən hesabat
Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Ermənistan hökumətinin 2021-2026-cı illər üçün proqramının icrası ilə bağlı hesabata əsasən, Türkiyə ilə sərhəddəki Axurik sərhəd məntəqəsində Ermənistan sərhədçiləri Rusiya sərhədçilərini əvəz edib.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni kiv məlumat yayıb.
Hesabatda qeyd olunur ki, hazırda Ermənistan sərhədində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının tam nəzarəti altında olmayan aktiv keçid məntəqəsi yoxdur.
20:50 26.02.2026
Oxunuş sayı: 631