Rubio: İran təhlükə mənbəyidir
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranın problemi yalnız nüvə proqramı ilə bağlı deyil.
Onun sözlərinə görə, Tehran ballistik raketləri müzakirə etməkdən imtina edir və bu ciddi narahatlıq yaradır.
Crossmedia.az bu barədə ABŞ KİV-nə istinadən məlumat verir.
Rubio vurğulayıb ki, İran kiçik məsafəli raketlərin böyük arsenalına malikdir və bu raketlər BƏƏ, Qatar və Bəhreyn-dəki ABŞ bazalarına, eləcə də ABŞ-ın regiondakı tərəfdaşlarına təhlükə yaradır.
Bundan əlavə, onun sözlərinə görə, İranın hərbi-dəniz qüvvələri dəniz nəqliyyatına və ABŞ Hərbi Dəniz Qüvvələrinə təhlükə yaradır.
Turqut Ansari
20:10 26.02.2026
Oxunuş sayı: 593